Regional Qadın Təşəbbüsləri İctimai Birliyi 19 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda Qadın hüquqları və Gender mövzusu ilə bağlı seminarların təşkli: milli və beynəlxalq qanunvericilik imkanlarından istifadə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində “Qadın hüquqlarının müdafiəsi. BMT-nin Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. Azərbaycanda qadın hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda Tərtər rayonunda növbəti seminarını keçirmişdir. Qeyd edək ki, layihənin məqsədi regionda gender bərabərliyinin qadınlar arasında təbliği, ictimai həyatda qadınların aktivləşməsinə nail olmaq, Gender haqqında beynəlxalq konvensiyalar və milli qanunvericilik imkanlrından istifadə mexaniznlərini izah etmək və hüquqi sənədlər haqqında maarifləndirmə işinin təşkilindən ibarətdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatında keçirilmiş, burada 30 nəfərə yaxın təhsil, partiya, bələdiyyə və mədəniyyət işçiləri iştirak etmişlər. Layihə rəhbəri Mehriban Əhmədova tədbiri açaraq layihə haqqında iştirakçılara geniş məlumat verərək, qadın hüquqlarının qorunmasının bütün dünyada, o cümlədə Azərbaycanda prioroitet olmasından, eyni zamanda gender bərabərliyinin ictimai və sosial həyatda vacibliyindən, xüsusilə idarəetmə sektorunda tətbiqinin zəruriliyindən söz açmışdır. O, həmçinin qızlarımızın təhsildə ön plana çıxarılmasının vacibliyini tədbir iştirakçılarının bir daha nəzərinə çatdırmışdır.
Daha sonra təlimçi-ekspert Ruslan Əhmədov “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasını və gender haqqında Azəbaycan Respublikasının qanununu izah etdi və bu qanunların qəbul olunması tarixləri haqqında məlumat verdi. Həmçinin O, gender siyasətinin gücləndirilməsi üzrə ölkə Prezidentinin fərmanı, Azərbaycan Respublikasında bu məsələlərlə məşğul olan yeganə dövlət qurumu kimi Ailə, Uşaq və Qadın problemləri üzrə dövlət komitəsinin fəaliyyəti, milli mexanizmlərin hazırlanması və həyata keçirilən tədbirlər planı haqqında söz açdı.
Layihənin hüquqşünası Rasim Zeynalov əvvəlcə qəbul edilmiş qanunların verdiyi imkanlardan, o cümlədən bu qanunların verdiyi imkanları əldə etmək üçün prosedurlar haqqında ətraflı məlumat verdi. O, gender haqqında beynəlxalq təcrübələrdən misallar çəkdi. Daha sonra R.Zeynalov iştirakçıların suallarını cavablandırdı və suallara uyğyn olaraq mövzunun hüquqi tərəflərinə aydınlıq gətirdi.
Tədbir zamanı çıxış edən iştirakçılardan Paşayev Zabil, Səbuhi Rəhimov, Sevda İsgəndərova, İbrahimov Nürəddin və digərləri qeyd etdilər ki, Tərtər rayonu düşmənlə sərhət bölgəsi olduğu üçün bu rayonda gender bərabərliyi və qadın hüquqları qorunur, Tərtər rayonu üzrə Paytaxtda və digər bölgələrdə ali təhsil alan tələbələrin əksəriyyəti qızlardı, rayonda məişət zorakılığı baş verdiyi halda qadınların hüquqları təmin olunur, qadınların qərarların qəbulunda iştirakı artırılır. Onlar həmçinin bildirdilər ki, aprel döyüşləri zamanı Tərtər rayonunda yaşayan qadınlar kişilər kimi rayonu tərk etməyərək öz doğmalarına dəstək olmuş və onları güclü olmağa ruhlandırmışlar.
Onlar orta məktəblərdə keçirilən dərs vəsaitlərinə gender bərabəliyi ilə bağlı mövzuların salınmasının vacibliyini bildirdilər.
Yekunda iştirakçılarla seminarın qiymətləndirilməsdi keçirildi. Qeyd edək ki, layihənin sonuncu tədbiri Bərdə rayonunda keçiriləcəkdir.
Regional Qadın Təşəbbüsləri İB-nin Mətbuat Xidmət