Ölkədə referendum həyəcanı yaşanır; Müxalifət icazəli mitinqlərə başlasa da, iqtidar təbliğat xarakterli kampaniya aparır…
Qərb təşkilatlarından, müxtəlif ölkələrin insan haqları komitələrindən reaksiyalar gəlməkdədir.
Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin rəhbərliyi ilə Avropa Mühafizəkarlar və Reformistlər İttifaqını təmsil edən nümayəndə heyəti bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycanda referendumun təşkili beynəlxalq normalara uyğundur.
R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib:
“Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir.
Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq”.