REAL-a qurultay üçün yer verilmədi

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun Respublikaçı Alternativ Partiyasının təsis qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətinərədd cavabı verib. Bu haqda ReAl Hərəkatının məlumatında deyilir.

Hərəkatın məlumatına görə, idarə yer ayrılmamasını texniki məsələlərlə izah edib: “Təsis qurultayı üçün qeyd etdiyiniz məkanlardan Təbriz və Bakı kinoteatrlarının baş idarənin balansında olmaması, Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi ilə əlaqədar olaraq nəzərdə tutduğunuz qurultayın keçirilməsi qeyri-mümkündür”, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin hərəkata göndərdiyi cavabda belə deyilir.

ReAl bildirir ki, hərəkat Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rədd cavabı ilə bağlı suallara sabah, oktyabrın 27-də keçirəcəyi mətbuat konfransında cavab verəcək.