Bakı-Sumqayıt yolunda postlar qurulub, rayon qeydiyyatında olan avtomobillər isə bir-bir saxlanılır.
Polis əməkdaşları tərəfindən bu avtomobillər paytaxtın şimal girişində yaradılan dayanacağa yerləşdirilir.
Rayon maşınlarının Bakıya girişinə qoyulan məhdudiyyətin tətbiq olunmasına nəzarət bu gündən daha da gücləndirilib.
Ancaq əksər sürücü nəzarətin gücləndirildiyindən sözün əsl mənasında xəbərsizdir. Onlar yay aylarında şəhərə günün istənilən satında giriş-çıxış etdiklərini deyirlər.
Tətbiq edilən məhdudiyyətin müddəti oktyabr ayından dəyişəcək.
Xatırladaq ki, paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə bu qərar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən 2015-ci ildə verilib və hələ də davam etməkdədir.
“Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.