Bu barədə R. Mirqədirov özü bildirib. Jurnalist Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu. O, 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu.
Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi.Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
Ötən il martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz etmişdi. Bununla da O, azadlığa çıxmışdı. Daha sonra jurnalist ölkəni tərk etmişdi. (“Azadlıq” radiosu)