Raqif Məlikov: “Sən gəlib rəşvət alırsan ki, mən də sizin kimi rüşvətxorlar haqqında şəkib verirəm saytlara”
Jurnalsit fəaliyyəti ilə tanıdığımız Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin məzunu, həmçinin kiçik sahibkarlıqla məşğul olan Raqif Məlikov vergi orqanlarının özbaşınalığından şikayətçidir. Onun sözlərinə görə evə gündə 10 manatdan artıq pul aparmağa qoymurlar: “Əvvəllər yenə də müəyən qədər işləmək olurdu. İndi hardan bir manat qazanırsan elə bil xəbər tutular ki, 3 manat artıq pul qazanmısan bu gün gəlib əlindən alıb aparırıar”. Kiçik sahibkar bunu ictimai -siyasi fəaliyyəti ilə də əlaqələndirir: “Çünkü mən sənəd istəyirəm hər şeyə. Deyirəm qanuni olsun. Deyirəm niyə rüşvət verməliyəm ki? Bu ölkəyə vergi verirəm siz də o vergidən maaş alırsınız. Əgər qane etmirsə maaş sizi çixin vergilər idarəsindən gəlin mənim kimi kiçik bir işlə məşğul olun dolanın. Bu da onları qıcıqlandırır. Hər həftə gəlib bir bəhanə tapırlar. Gah guya kassa aparatında qəsdən problem yaratmışam, gah guya satıb çekini verməmişəm, vergidən yayınmışam və s. Amma vergi işçilərindən biri mənə dedi ki, sən dilinin bəlasına düşmüsən. Sən hara dedi, siyasət hara. Niyə balalarına bir loxma çörək qazanmırsan başını müxaliftə qoşursan. Mən də dedim ki, ay kişi mən müxalifət zad deyiləm, sadəcə sözün düzünü deyənəm. Sən gəlib rəşvət alırsan, mən də sizin kimi rüşvətxorlar haqqında şəkib verirəm saytlara, interent televiziyalara. Sən düz işlə, onda mən nə çəkə bilərəm səndən”.
Regionda kiçik sahibkarlığın durumuna toxunan Məlikov deyir ki, pul qazana bilmək üçün gərək yuxarılardan səni tapşırsınlar. Yoxsa vergi gəlir, maliyyə gedir, sahə müvəkkili gəlir, fövqəladənin işçiləri gedir – ayın sonunda baxıram nə qazancım olubsa bu rüşvətxorlar əlimdən alıb aparıb hamısını. Bir sözlə işləmək mümkün deyil. Xüsusilə də mənim qəzetlərə, saytlara yazmağım bunları lap qıcıqlandırır. Ona görə də, heç dolanmağa imkan vermirlər, nəinki pul qazanmağa”. Əməkdaşımızın bəlkə işləyə bilmək üşün jurnalist fəaliyyətini dayandırmaq lazımdı?” sualına isə həmkarımız sərt cavab verib: “Çoxumzu onsuzda ağzımıza su alıb durmuşuq. Nə sən danış, nə mən danışım, nə o danışsın, bəs bu qədər qanunsuzluq necə olsun? Bəs Allah görür axı bəndə sussa da! Nə qədər vicdansız olasan ki, bu qədər rüşvət, korrupsiya, məmur azğınlığı, polis özbaşınalığı, vergi orqanlarının həuasizlıqı qarşısında susasan! Mən sona qədər etiraz edəcəm. Lap bir gün buna görə həbs etsələr də!”
Həmkarımız həmçinin bildirdi ki, o regionlarda xüsusilə pozulan insan hüquqlarını müdafiə etmək üçün bir neçə həmfikri ilə birlikdə İctimai Vəkillik İnstitutu ictimai birliyində təmsil olunur: “Məqsədimiz insan hüquqlarını sistemli şəkildə müdafiə etməkdir. Çünki mən tək olanda görürəm necə sıxışdırırlar. Amma deyirəm ki, gəlin birləşək, birlikdə müdafiə olunaq, onda polis də, vergi də, məhkəmə də bizim qarşımızda zəif olacaq. Çünki hər kəs xalqın qarşısında, çoxluğun qarşısında acizdir və çoxluqla hesabıaşmağa məcburdur. Polis, vergi, məhkəmə xalqını soymaqdan utanmırsa, biz niyə öz haqq yolumuzdan geri çəkilməliyik?”
Xebername.info 10.12.2014 O.Xəyal