Raiz Zeynalov: “Məmur özbaşınalığı mülkiyyət hüququnun möcudluğunu faktiki olaraq əhəmiyyətsiz edib”

Xüsusi mülkiyyət hüququnun pozulması, xüsusi mülkiyyətə hər hansı formada qəsd edilməsi yolverilməzdir. Bu, sadəcə vətəndaşların əsas huquqlarından birinin pozulması demək deyil. Bu, həm də qanun və ədalətin pozulması deməkdir. Bu isə insanlarda dövlətin ədalətinə olan inamı sarsıdır, mülkiyyət hüququnun möcudluğunu faktiki olaraq əhəmiyyətsiz edir”. Bu sözlər xüsusi mülkiyyəti məhkəmə və polis tərəfindən zorla əlindən alınan Raiz Zeynalova məxsusdur.images-6

R.Zeynalov hesab edir ki, Azərbaycanda artıq əmlak toxunulmazlığı deyilən bir məfhum qalmayıb. Yüksəkçinli məmur ordusu ölkədən şəxsi obyekti kimi istifadə edir. Məmur xoşu gələn istənilən şəxsi mülkü özününküləşdirə bilir. Hər kəs sabah əmlakının əlindən alınacağı qorxusu ilə yaşayır. Mülkiyyət hüququ qorunmayan yerdə dövlətin əsasları sarsılıb, deməkdir.

R.Zeynalov iddia edir ki, 1994-cü ildə Nizami Rayon Məhkəməsi İcra Şöbəsinin rəisinin qohumları elə həmin rayonda yerləşən 2 otaqlı mənzilini zəbt ediblər. R.Zeynalova məxsus evdə yaşayan anası və bacısını aldadan dələduzlar evin qəzalı vəziyyətdə olduğunu və yaşayış üçün təhlükə törədə biləcəyini deyiblər. Beləliklə mənzil boşaldıqdan sonra zəbt olunub.

R.Zeynalov deyir ki, hüquqi mübarizə aparsa da məmur özbaşınalığı xüsusi əmlakına sahiblənməkdə ciddi maneələr yaradıb. Problem Avropa Məhkəməsində mübahisələnərək, mənzilin R.Zeynalova qaytarılması barədə qərar verilsə də, nəinki qərar icra olunmur, əksinə təhdid və təzyiqlər daha da artıb.