Rəhim Qazıyev azadlığa buraxıldı – 100 manat cərimə

rehim-qaziyev-apelyasiya

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığa 10 sutka həbs cəzasından verilən şikayət üzrə məhkəmə keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Binəqədi rayon Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, 10 sutka həbs cəzası dəyişdirilərək cərimə  cəzası ilə əvəzlənib.

Rəhim Qazıyevın vəkili Zibeydə Sadıqova  bildirib ki, müdafiə etdiyi şəxslə bağlı şikayətləri təmin edilməyib:

“Belə ki, biz bəraətverici əsaslarla işə xitam verilməsini istəmişdik. Lakin bizim şikayətimiz təmin edilmədi. Hakim Rəhim Qazıyev barəsində 10 sutka həbs cəzasın; 100 manat cərimə ilə əvəzlədi. Lakin onun 5 gün həbsdə yatdığını nəzərə alaraq, həmin cərimə də ödənmiş hesab edildi və azadlığa buraxıldı”.