Qurban Bayramının ilk günündə Türkiyənin bəzi şəhərlərində trajikomik hadisələr yaşanıb. Xebername.infoTürkiyə mediyasına əsasən xəbər verir ki, bayram namazından sonra qurbanlar kəsilməyə başlanıb. Adıyamanda qurbanlıq kəsmək istəyən 45 nəfər özlərini yaralayıblar. Onlar Adıyaman xəstəxanasına aparılıblar.
Malatyada isə 50 nəfər qurban kəsərkən yaralanıb. Sivas, Kayseri və Yozgatda isə
yaralananların sayı daha çoxdur. 406 nəfər qurban kəsərkən müxtəlif yerlərindən yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Elnur ORUCLU