“Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bu gün “Qəbələ” Avropa Liqasının pley-0ff turunda cavab oyununu keçirib. Təmsilçimizin rəqibi Avropanın və Yunanıstanın adlı sanlı klubu “Panatinakos” olub. “Qəbələ” Bakıdakı oyunda qolsuz bərabərlik əldə etmişdi. Oyuna fəal başlayan “Qəbələ”, 6-cı dəqiqədə kapitan Dodonun vurduğu qolla hesabı açıb. Təmsilçimiz rəqibin təzyiqinə mane olmaqda çətinlik çəkdiyi dəqiqələrdə qapısında qol görüb. Hesabı yunanların heyyətində 34-cü dəqiqədə Markus Berg bərabərləşdirib. İkinci hissədə, oyunun 60-cı dəqiqəsində Dodo vurduğu qolla təzyiqi artıran rəqibin planlarını alt-üst etdi. Bundan sonra rəqib 77-ci dəqiqədə Nano ilə cərimə zərbəsindən qol vursa da, bu yunanlara kömək etməyib və təmsilçimiz səfərdə vurulan qollar sayəsində mərhələ adlayıb.
Beləliklə “Qarabağ”ın ardından “Qəbələ” də Avropa Liqasının qruplarına qalaraq Azərbaycan futbolunda bir ilkə imza atdı. Belə ki, futbol tariximizdə ilk dəfə olaraq bir mövsümdə iki komandamız Avropa kuboklarının qrup mərhələsində iştirak edəcək. Hər iki klubumuza uğurlar arzulayırıq. Klublarımızın qrup mərhələsindəki rəqibləri sabah müəyyənləşəcək.
Elnur ORUCLU