Ukrayna Ali Radasının deputatı Anton Geraşşenko bəyan edib ki, Kiyev Avropadan SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova giriş qadağasının qoyulmasını xahiş edəcək. Musavat.com “Qovorit Moskva”ya istinadən xəbər verir ki, bunun səbəbi Mixail Qorbaçovun Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi qərarına dəstək verməsidir.
Bundan başqa, Avropadan Mixail Qorbaçovu qəbul etməməyi, onun Rusiya və Ukrayna arasında nifrəti alovlandıran fonduna maliyyə dəstəyi verilməmədi istəniləcək.
Qeyd edək ki, SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Vladimir Putinin Krımın ilhaqı qərarına dəstək verib və ABŞ-ı Sovet İttifaqının dağıdılmasında günahlandırıb.
Musavat.com