Qiyas İbrahimovun səhhətində problem yaranıb.

2016-cı ilin oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 10 il azadlıqdan məhrum olunan gənc fəal Qiyas İbrahimovun görmə qabiliyyəti zəifləyib.загружено (8)

Bu barədə jurnalist Tatyana Kryuçkina “Facebook” səhifəsində xəbər paylaşıb.

O, yazıb ki, gənc fəalın görmə qabiliyyəti zəifləməkdə davam edir. 1 saylı  İstintaq Təcridxanasının rəhbərliyi isə 2 aya yaxındır ki, həkim çağırmır və bunu göz həkimin olmadığı ilə əsaslandırır.

Qiyas İbrahimovun vəkili Elçin Sadıqov  yazılanları təsdiqləyib və bildirib ki, bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırıb, amma reaksiya yoxdur.

Qiyas İbrahimov və Bayram Məmmədovla ötən il mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.

Hər iki gənc Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.