Qazaxıstan təngəsi 1 dollar müqabilində 300 təngə təşkil edib.
Xebername.info “tvrain.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Fond Birjası məlumat verib.
Bildirilib ki, Qazaxıstan təngəsi ölkənin Milli Bankı valyutanı azad tədavülə buraxdıqdan sonra ilk dəfədir, 1 dollar müqabilində 300 təngə göstəricisini ötüb.
Dolların satış kursunun 300 təngə olması Alma-Atanın bir çox qeyri-bank mübadilə məntəqələrində təyin edilib. Bu gün ölkədə dolların rəsmi kursu 276,83 təngə təşkil edir.
Hazırda Astana və Alma-Atada mübadilə məntəqələri valyuta defisiti səbəbilə ABŞ dolları və avro satışını dayandırıb.
Xatırladaq ki, Qazaxıstan avqustun 20-də rublun zəifləməsindən sonra təngəni üçdəbirə qədər devalvasiya edib.
Elgün ORUCLU