Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər.
Musavat.com xəbər verir ki, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər.
Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində “Erməni Filipp, rədd ol!”,- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib.
QAT sədri Akif Nağı bildirib ki, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: “Hazırda oraya gedirəm”.