Dünən Avropa Liqasının qrup mərhələsində II turun görüşləri keçirilir.
Qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan iki təmsilçimizdən biri – “Qarabağ” evdə 33 qat Belçika çempionu “Anderlext”i qəbul edib. İlk turda “Tottenhem”ə 3:1 hesabı ilə uduzan və eyni zamanda qrupdan çıxmağa iddialı “atlılar”ın necə mübarizə aparacağı maraqla gözlənilirdi.
Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada bir qol qeydə alınıb. Görüşün 35-ci dəqiqəsində Riçard Almeyda “atlılar”a üç xal qazandıran qolu vurub. Qeyd edək ki, bu qol “Qarabağ”ın Avro kuboklarda 60-cı qolu olub. Bundan əlavə bu matç Qurban Qurbanovun məşqçi kimi Avropada 50-ci oyunu idi. Beləliklə “Qarabağ”ın bu qələbəsi Azərbaycan futbolunda Bakıda Avropa liqasının qrup mərhələsinin ilk qələbəsi kimi tarixə düşüb.
Qurban Qurbanovun yetirmələrinin J qrupundakı digər rəqibləri “Monako” və “Tottenhem” Fransada münasibətlərinə aydınlıq gətirib. Hərəyə bir dəfə fərqlənən tərəflər 1:1 hesablı sülhə razılaşıblar. Qonaqlardan 35-ci dəqiqədə Erik Lamelanın qoluna meydan sahiblərindən əsas vaxta 9 dəqiqə qalmış El Şaravi fərqlənib.
Bugünkü nəticələrdən sonra “Qarabağ” qrupda ikinci pilləyə yüksəlib. Azərbaycan çempionunun hesabında 3 xal var. İlk pillədə 4 xalla “Tottenhem”, üç və dördüncü pillələrdə isə müvafiq olaraq iki və bir xalı olan “Monako” və “Anderlext” dayanır.
Avropa Liqası. II tur
1 oktyabr
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) – 1:0
Qol: Riçard Almeyda, 35
Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
22:00. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) – 1:1
Qollar: Erik Lamela, 35; El Şaravi, 81
Baş hakim: Artur Dias (Portuqaliya)
Monako. “Stad Luis II”
N | Komanda | O | Q | H | M | T-F | Xal |
1 | “Tottenhem” | 2 | 1 | 1 | 0 | 4:2 | 4 |
2 | “Qarabağ” | 2 | 1 | 0 | 1 | 2:3 | 3 |
3 | “Monako” | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
4 | “Anderlext” | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |
https://youtu.be/UKQ1SzYmgKk