“APA-Economics” xəbər verir ki, elan “Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilib.
Elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər . Hazırda ali məktəbin 4200 tələbəsi və 403 nəfər işçi heyəti var. Universitetdə müvafiq işçi qrupu fəaliyyət göstərir və yəqin ki, yaxın gələcəkdə müəllimlərlə bağlı müvafiq qərar veriləcək.