İranın qadınlardan ibarət milli futbol komandasındakı oyunçuların səkkizinin kişi olduğu iddiası İran futbolunu bir-birinə vurdu.
İranın futbol üzrə qadınlardan ibarət milli yığmasının 8 oyunçusu kişi çıxıb. “Xebername.info” xəbər verir ki, bu barədə İran futbol liqasının rəsmi nümayəndəsi Mödtabi Şərifi bildirib.
İddialara görə, futbol komandasında yer ala bilmək üçün qadın cildinə girən 8 kişi futbolçu, cinsiyyət dəyişdirmə əməliyyatına hazırlaşır.
Kişi olduğu iddia edilən idmançıların şəxsiyyəti açıklanmır. Bununla əlaqədar olaraq nümayəndələr bütün qadın oyunçuların cinsi mənsubiyyətinin yoxlanılması tapşırığını verib.
İran Futbol liqasının rəsmi nümayəndəsi Mödtabi Şərifi, sözü gedən idmançıların daha əvvəlki karyeralarının hamısında “kişi” olaraq forma geydiyini ifadə edərək, “Hadisə tamamilə əxlaqsızlıqdır” dedi.
Qeyd edək ki, bu, İran futbolunda ilk belə qalmaqal deyil. 2014-cü ildə futbol üzrə qadınlardan ibarət İran yığmasının gender testini keçə bilməyən 4 oyuçusu diskvalifikasiya edilmişdi. Oxşar hal 2010-ci ildə də baş vermişdi.
xebername.info