Fransanın Tuluza şəhərində üç ali riyaziyyat tələbəsi, bir qadını öldürdükdən sonra “Breaking Bad” adlı televiziya serialındakı bir səhnədən ilhamlanaraq qurbanın cəsədini plastik bir konteyner içinə qoyduqları kimyəvi turşuda əritmək istəyib.
Tuluza Prokuroru Pierre-Yves Couilleanın açıqlamasına görə üçü də, bir litseydə ali riyaziyyat tələbəsi olan və məktəbin ən müvəffəqiyyətli şagirdləri arasında göstərilən Taha və Zəkəriyyə adlı Şimali Afrika əsilli gənclərlə Vyetnam əsilli gənc, narkotik satdıqları Eva Bourseau adlı 24 yaşındakı sənətşünaslıq tarixi fakültəsinin şagirdi qadının onlara olan 5 min euroluk borcunu ödəməsi üçün 26 iyul axşamı qadının evinə gedib. Üç tələbə qadının pulu verə bilməyəcəyini söyləməsi üzərinə qadını vəhşicəsinə döyərək öldürüblər.
2013-ci ilə qədər tele kanallarda yayımlanan məşhur “Breaking Bad” serialından ilhamlanan qatillər, gətirdikləri plastik bir konteynerə kimyəvi turşu dolduraraq öldürdükləri qadının cəsədini kimyəvi turşunun içində əritmək istəyiblər. “Breaking Bad” adlı serialın sözü gedən səhnəsində, serialın baş obrazı olan Walter White köhnə şagirdi Jesse Pinkmana bir cəsədi plastik bir konteynerdə yox etməsi lazım olduğunu söyləyərək konteyner içinə kimyəvi turşu boşaltmıştı.
Qatillər dərhal hər gün evə gələrək cəsəddən yayılan qoxuları basdırmaq üçün mənzilə bolca otaq spreyi sıxıblar. Hadisə, qızından xəbər ala bilməyən ana Eva Bourseanın anasının mənzilə gəlməsiylə ortaya çıxıb.
Üç gənc vəhşicəsinə cinayət işləmək və cəsədi qeyri adi bir üsulla yox etməkdən ömür boyu həbs tələbiylə hakim qarşısına çıxacaq.
Mətləb BALAKİŞİYEV