Qaçqın qəbul etməyən ölkəyə hər qaçqına görə 250 min avro cəza.

Avropa Birliyi tərəfindən müəyyən edilmiş miqrant kvotalarını qəbul etmək istəməyən üzv ölkələr cəzalandırılacaq
Avropa.info xəbər verir ki, qəbul olunmayan hər miqranta görə dövlət 250 min avro cərimə ödəməli olacaq. Brüssel bunu cəza tədbiri kimi təklif edib. 11c92808e8dea0480edf6d29fe828cd1
Avrokomissiya tərəfindən hazırlanmış yeni qaydalara sabah baxılacaq. Qaçqın paylaşdırılması üzərinə həddən çox təzyiq düşən Yunanıstan kimi ölkələri bu yükdən azad etməyi nəzərdə tutur.
Qaçqın qəbul etməyən ölkələr isə bundan cərimə ödəməklə yaxalarını qurtara biləcəklər. Cərimənin məbləği danışıqlar zamanı dəyişə bilər.