Bu gün səhər Soçidən Suriyaya uçarkən qəzaya uğrayan “TU-154” təyyarəsindəki 92 nəfərdən 64-ü Rusiya Müdafiə Nazirliyinin “Aleksandrov” adlı mahnı-rəqs ansamblının üzvü olub
Rusiya KİV- xəbər verir ki, ansambl Suriyaya bu ölkədəki rus hərbi bazasında Yeni il konsretləri vermək üçün yola düşüb.
Güman edilir ki, tayyarədə ansamblın demək olar ki, bütün heyəti məhv olub.