ANS televiziyasının ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşova bu dəqiqələrdə Bakıya gəlib. Gununsesi.info-nun xəbərinə görə, jurnalistin Bakıya dönüşü ANS-in bağlanması ilə yanaşı, həm də ABŞ-da qalmaq üçün müəyyən olunan vaxtın başa çatmasıdır.
Jurnalist Bakıya Almaniyanın Frankfurt şəhərindən gələn reyslə enib.
Qeyd edək ki, Qənirə Ataşovanın ABŞ-da yaşayan “Hizmət” Hərəkatının lideri Fətullah Gülənlə müsahibəsinin anonslarından sonra hakimiyyət ANS-i qapadıb.
Gununsesi.info