Qənimət Zahidin qohumlarına hökm oxundu

qanimat-zahid-yeniBu gün “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovların məhkəməsi sona çatıb və hökm elan olunub. Ağır Cinayətlər Məhkəməsinin  çıxardığı hökmə əsasən, Rüfət və Rövşən Zahidovlar 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokurur Zahidovların 8 il müddətinə azadlıqda məhrum edilməsini istəmişdi.

Rüfət və Rövşən Zahidovlar qohumları Qənimət Zahidin fəaliyyətinə görə ondan qisas almaq məqsədilə narkotiklə şərlənərək həbs olunublar. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı onları Vicdan Məhbusu elan