Bu gün, martın 14-də Sumqayıt Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru, Turan TV-nin təsisçisi Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının işi üzrə yekun qərar verildi.
Məhkəmənin qərarı ilə 6 illik həbs cəzası 1 il azaldıldı.
Xatırladaq ki, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına ötən il iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Baş redaktorun qardaşı oğlu Rüfət Zayidov və əmisi oğlu Rövşən Zayidov 6 il azadlıqdan məhrum edilib.
Rüfət və Rövşən Zayidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qənimət Zahid qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.
Apellyasiya məhkəməsi gedən müddətdə isə Rüfət Zayidov və Rövşən Zayidov yaxın qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama veriblər.
azadlıq.info