Qəddafinin oğluna edam cəzası!

an-95695Məhkəmədən şok qərar.

Liviyanın öldürülən lideri Muammer Qəddafinin oğlu Seyfülislam Qəddafi və köhnə 8 dövlət adamının edamına qərar verildi.
Liviyanın keçmiş lideri Muammer Qəddafinin oğlu Seyfülislam Qəddafi, köhnə kəşfiyyat şefi Abdullah Əs-Sənusi və köhnə Baş nazir Əl -Bağdadi Əl-Mahmudi hakkında edam cəzası verildi.
Trablus İstinaf Məhkəməsi, Liviyada 2011-ci ildə başlayan xalq qiyamları zamanı “Vəzifəsindən sui-istifadə etmə, korrupsiya, döyüş günahı emalı” kimi ittihamlarla mühakimə olunan, Qəddafinin oğlu Seyfülislam, köhnə kəşfiyyat şefi Sənusi və köhnə Baş nazir Mahmudi haqqında “gülləyə düzülərək edam” cəzasına hökm verdi. Zintan həbsxanasında saxlanılan Seyfülislam Qəddafi xaricindəki bütün şübhəlilər məhkəmə salonunda olub.
Məhkəmədə, dövrün xarici işlər naziri Abdulati Əl-Ubeydi haqqında bəraət qərarı verilərkən, mühakimə olunan digər şəxslərlə əlaqədar hökmün daha sonra dəqiqləşəcəyi qeyd edildi.

Mətləb BALAKİŞİYEV