“Qəbələ” və “İnter” yoluna davam edir

5555Avropa liqasındakı iki təmsilçimiz, “Qəbələ” və “İnter” turnirdə yoluna davam edir. İlk oyunları səfərdə oynayan klublarımız, cavab oyununda uğur qazandılar.

Avropa liqasının ikinci mərhələsində İslandiyanın “Hafnarfyordur” klubuynan qarşılaşan “İnter”, ilk oyunda səfərdə 2:1 qalib gəlmişdi. Cavab qarşılaşmasının 45-ci dəqiqəsində Abbas Hüseynov təmsilçimizi 1:0 önə keçirdi. Lakin, “İnter” 47-ci dəqiqədə Thorarinn Ingi və 52-ci dəqiqədə isə Kristjan Floki Finnbogasonun vurduğu qollarla  oyunun əsas vaxtında 1:2 məğlub oldu. Beləliklə oyunda əlavə 30 dəqiqəyə ehtiyac duyuldu. “Bankirlər”, əlavə vaxtın 1-ci dəqiqəsində Rauf Əliyevin vurduğu qolun hesabına 2:2 hesablı nəticə ilə üçüncü mərhələyə adladı. Klubumuzun növbəti rəqibi İspaniyanın “Atletik Bilbao” klubu olacaq.

“Qəbələ” və Qələbə

Avropa liqasının ikinci mərhələsinin ilk oyununda Serbiyanın “Çukariçki” klubuna 1:0 məğlub olmuşdu. Bakıdakı qarşılaşmadan 39 və 53-cü dəqiqələrdə Sergei Zenjovun vurduğu iki qolla növbəti mərhələdə Kiprin “Apollon Limassol” klubuna rəqib oldu.

Beləcə 2015-16 mövsümündə Avropa kuboklarında “Qarabağ”dan sonra “Qəbələ” və “İnter”də yoluna davam edəcək.

Elnur ORUCLU