Pyotr Poroşenko iyulun 13-də axşam Bakıya rəsmi səfərə gəlib.

Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də axşam Bakıya rəsmi səfərə gəlib.

Hava limanında onu hökumət başçısının müavini Yaqub Eyyubov qarşılayıb.get_img (5)

İyunun 14-də səhər Ukrayna prezidentinin rəsmi görüşləri və danışıqları başlayıb.

Prezident İlham Əliyev Pyotr Poroşenkonu Zaqulbada yerləşən iqamətgahında qarşılayıb.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

Görüşdə Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və iki xalq arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.
Söhbət zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Prezidentlər Şurasının 5-ci iclası keçiriləcək.

Poroşenko prezident İlham Əliyevlə danışıqlardan əlavə baş nazir Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək