Qeyd edək ki, ABŞ prezidenti Barak Obama “Prezident seçkilərinə kiber hücum iddiaları” çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu çərçivədə paytaxt Vaşinqton və San-fransiskoda vəzifəli 35 Rus diplomatın 72 saat ərzində ölkəni tərk etməsi tələb olundu, iki Rusiya səfirliyinin balanılmasına qərar verildi. Bu sanksiyaların ardından Vladimir Putin “Amerikalı diplomatlar üçün problem yaratmayacağıq. Heç kəsi deportasiya etməyəcəyik” ifadələrini işlədərək çaşqınlıq yaratmışdı.
“PUTİNİN ÇOX AĞILLI OLDUĞUNU HƏMİŞƏ BİLİRDİM”-Trampdan Putin haqqında
ABŞ-ın 45-ci Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin amerikalı diplomatlara qarşı sanksiya tətbiq etməyəcəyini bildirməsindən sonra bir bəyyənat verərək Putinin bu qərarından məmnun qaldığını bildirib.
ABŞ-da 20 yanvardan səlahiyyətlərini icra etməyə başlayacaq 45-ci prezidenti Donald Tramp ABŞ və Rusiya arasındakı diplomatik böhrana müdaxilə edib. Tramp ABŞ-ın 35 diplomatı deportasiya etmək qərarından sonra Rusiya prezidenti Putinin bu qərara cavab tədbirləri görməyəcəyini açıqlamasından sonra bir qiymətləndirmə aparıb.
“PUTİNİN ÇOX AĞILLI OLDUĞUNU HƏMİŞƏ BİLİRDİM”
Twitterdəki hesabından açıqlama verən Tramp “Möhtəşəm bir hərəkət. Onun (Putin) çox ağıllı olduğunu həmişə bilirdim” ifadələrini qeyd edib