Putin köynəyi konsulu işindən etdi

скачанные файлыUkraynanın Fəxri Konsulunun paltarı qalmaqala səbəb oldu.

Ukraynanın Antalya Fəxri Konsulu Levent Aydın, Rusiya Dövlət Başçısı Vladimir Putin şəkilli köynək geydiyi səbəbiylə vəzifəsindən alındı.
Ukrayna parlamenti Rada millət vəkili Oleq Lyaşko, konsul Leventin bu davranışına etiraz etdi. Mövzuyla əlaqədar açıqlama edən Lyaşko, “Ukrayna xarici işlər naziri Pavel Klimkinə müraciət edərək Aydının vəzifəsindən alınmasını tələb edirik.
Aydının davranışı Ukrayna fəxri konsulluqlarında tanınan qaidələrin kobud şəkildə pozulduğu mənasına gəlir. Bu Ukrayna vətəndaşlarının dərin qəzəbinə səbəb oldu. Cəmiyyətdə mənfi əks-sədalar meydana gətirdi. “Dedi.
Antalya Fəxri Konsulu, 7 İyulda Kamerunlu futbolçu Samuel Eto’onun “Antalyaspor”da imza mərasiminə Rusiya Dövlət Başçısı Putinin şəkili olan köynəklə qatılmışdı. Aydının, Putin şəkilli və “Nəzakət bizim hər şeyimizdir” yazılı köynəyi ilə imza mərasimində iştirakı ilə əlaqədar xəbərlər Rus və Ukrayna mətbuatında geniş yer almışdı.

Mətləb BALAKİŞİYEV