Rusiyanın prezidenti Vladimir Putin ötən il iyulun 15-də Türkiyədə meydana gələn hərbi dövlət çevrilişi cəhdindən danışıb.
“The Putin Interviews” (Putindən Müsahibələr) sənədli filmi üçün rejissor Oliver Stona müsahibə verən Putin bildirib ki, bundan ABŞ-ın xəbərdar olmması mümkün deyil.
“Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan heç bir vaxt mənə ABŞ-ın dövlət çevrilişi cəhdində əli olduğunu deməyib. Amma mən bu məntiqdən yola çıxaraq deyə bilərəm: Əgər Gülənnin həqiqətən dövlət çevrilişində əli varsa, ABŞ kəşfiyyatının bundan xəbər tutmaması mümkün deyil.”
Rusiya prezidenti dövlət çevrilişi cəhdində “İncirlik” hərbi bazasının da rolu olduğunu istisna etməyib:
“Qeyd edim ki, ABŞ hərbi hava donanması Türkiyədəki “İncirlik” bazasındadır. Ki, “İncirlik”də olan hərbçilər dövlət çevrilişi cəhdində fəal iştirak ediblər.”
Türkiyədə ABŞ-a aid taktiki nüvə silahları olduğunu deyən Putin dövlət çevrilişi vaxtı bu istiqamətdə hiss etdiyi təşvişi dilə gətirib:
“Belə hadisələr vaxtı beyində sual işarəsi yaranır: Həmin nüvə silahlarının başına nə gələ bilər?”.
Haber7.com