Blogger Mehman Hüseynovu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev məhkəməyə verib
Bu barədə vəkil Elçin Sadlqov məlumat verib. Bildirib ki, rəis Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını xahiş edir.
Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayət verib
Bu barədə lent.az-a vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub.
Vəkil həmçinin bildirib ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi onlara verilmədiyi üçün məhkəmə iclasını təxirə saldıracaq.
Qeyd edək ki, bir müddət əvvəl Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilmiş və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdi.
Mehman Hüseynov məhkəmədən çıxan zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona işgəncə verildiyini iddia etmişdi. DİN isə açıqlmasında bunun böhtan olduğunu qeyd edib.