Bayraq Meydanı İdarəsi ondan 1,5 milyon manat tələb edir
Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsində bayraq dirəyini tikən Azenco şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edib. Meydan İdarəsi Azenco-ya qarşı 1 milyon 358 min manatlıq iddia qaldırıb. Azenco şirkəti isə Etibar Pirverdiyevə məxsusdur.
Bəlli olduğu kimi, bu yaxınlarda Bayraq qülləsi ehtimal edilən qəza səbəbindən sökülüb və o, daha dünyanın ən hündür deyil, ən balaca bayraq qülləsidir. Yəni, sıfır metr hündürlüyündədir. Bu qüllənin və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi.