Pensiyaçıların bankomat üsyanı böyüyür

 

Pensiyaçıların bankomat üsyanı böyüyür

Bir çox bölgələrdə yüzlərlə vətəndaşın bankomatlar qarşısında növbə gözlədiyi, öz təqaüdlərini ala bilmədikləri haqda xəbərlər yayıldı

 Həmişə maaş və təqaüdlərin hesablara yükləndiyi gündən sonra bankomatlar qarşısında izdihamlı növbələr olur.

Belə mənzərə illərdir davam edir, amma hökumət heç bir addım atmır. Ölkədə, təqribən, 1,3 mln təqaüdçü, 900 minə yaxın da büdcədən maaş alan vətəndaş var.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki əksəriyyətinin maaş və ya təqaüd kartı var, alacaqları hesablarına yatırılır:

“Pulun hesablara yatması doğrudur, bu problem həll edilib. Bəs yaxşı bu 2,2 mln. vətəndaşımız nəğd pulu bankomatlardan çəkib sonra nə edirlər?

Doğrudur, aldıqları o qədər azdır ki, ancaq ərzaq və dərmanlara çatır, deməli, 2,2 mln. vətəndaş büdcədən aldıqları vəsaitin tamamına yaxınını ticarət şəbəkəsində xərcləyirlər”.

İqtisadçının fikrincə, vətəndaşın bank sisteminə güvəni yoxdur, hesabındakı pulu həmən nəğd şəklində cibinə qoymaq istəyir:

“Ölkədə nəğdsiz ödənişlərin səviyyəsi çox aşağıdır, çünki təşviq proqramları yoxdur, nəğdsiz alış-veriş üçün pos-terminallar azdır, olan yerlərdə də normal işləmir.Bu iki problem həll olunsa, vətəndaş kartla alış-veriş edər, bankomatlarda növbə gözləməz”.