İntihar etdiyi bildirilən Daxili İşlər Nazirliyinin həbs olunmuş sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun məktubu tapılıb.Bunu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat katibliyindən BBC Azərbaycancaya bildiriblər.
Penitensiar Xidmətin açıqlamasına görə, Hacı Məmmədov vərəmdən, xərçəngdən və şəkərli diabetdən müalicə olunurmuş.
Penitensiar Xidmət bildirir ki, hadisə yerinə baxış keçirərkən “Hacı Məmmədov tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını” yazıb.