Katolik dünyasının ruhani lideri Papa Françesko Avropa ölkələrindəki bəzi mühacir düşərgələrini Nasional sosializm dövründəki “əsir düşərgələrinə” bənzədib.
Papa 20-ci və 21-ci əsr inancları uğruna ölənlər üçün şənbə axşamı ayin oxunması zamanı Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasının insan haqlarını pozduğunu bildirib. Papa AB-nin miqrant siyasətini tənqid edərkən, ən çox miqrant qəbul edən Yunanıstan və İtaliyanı tərifləyib.
Papa eyni zamanda, miqrantların Avropa ölkələrində bərabər şəkildə yerləşdirilməsinin əngəllənməsini də tənqid edib. Miqrantlara qarşı münasibəti intihar olaraq qiymətləndirən Papa, Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrantlarla da görüşüb.