Hind əsgərlərinin açdığı atəşdə həyatını itirən pakistanlı vətəndaş sayı 3-ə, yaralı sayı isə 22-yə yüksəldi.
Ordu mətbuat xidmətindən edilən açıqlamaya görə, Sialkot bölgəsində Hind əsgərlərinin Pakistan tərəfinə açdığı atəş sonrasında ölən vətəndaş sayı 3-ə yaralananların sayı isə 22-yə yüksəldiyini bildirildi.
İlk itkilərdən sonra Pakistan Xarici İşlər Nazirliyi mətbuat xidməti açıqlama edərək Hindistan tərəfindən açılan atəşin, iki ölkə arasında davam edən atəşkəsə zərər verdiyini ifadə etmişdi. Keçdiyimiz günlərdə Rusiyanın Ufa şəhərində təşkil edilən Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti münasibətilə bir araya gələn Pakistan baş naziri Navaz Şərif ilə Hindistan Baş naziri Narendra Modi görüşməsi müsbət keçmiş və iki ölkənin təhlükəsizlik bürokratiyasının əvvəl Yeni Dehlidə sonra da İslamabadda bir araya gəlməsi planlaşdırıldı.
İngiltərədən 1947 -də müstəqilliklərini qazanan Hindistan ilə Pakistan, əhalisinin böyük bir qismi müsəlman olan Kəşmir səbəbiylə 1948, 1965 və 1971-ci ildə müharibə ediblər. Hindistan, Pakistanı idarəsi altındakı Cammu Kəşmirdə hücumu tənzimləmələri üçün sakinləri silah təmin etməklə günahlandırır. Separatçıların 1989-dan bu yana davam edən silahlı hərəkətlərində 70 mindən çox adamın həyatını itirdiyi ifadə edilir. Kəşmir bölgəsinin bir qisimi də hələ də Çinin nəzarəti altındadır. Pakistanlı səlahiyyətli şəxslər daha əvvəl etdiyi açıqlamada, 2 mülki Pakistanlının öldüyünü, 7 adamın da yaralandığını bildirmişdi.
Mətləb BALAKİŞİYEV