Prezident İlham Əliyevin hökumətin son iclasında çıxışı göstərib ki, ölkə rəhbərliyi çaş-baş qalıb və qarşıda duran problemləri həll etmək iqtidarında olmadığını göstərir.
Bu açıqlamanı “Turan” İA-a Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn verib.
Pənah Hüseyn prezidnetin Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün Bakıya xaricdən təzyiq göstərildiyi haqqında ifadələri barədə deyib ki, hərbi xərclərin kəskin şəkildə azalması fonunda rəhbərliyin ritorikasının kəskin dəyişməsi hakimiyyətin cəmiyyəti ölkəyə sərf etməyəcək güzəştlərə hazırlamaq planlarının göstəricisidir: “Ermənistan KİV-ləri və ekspertləri Əliyevin çıxışını sevinclə Azərbaycanın məğlubiyyətçi sülhlə razılaşmağa hazır olması kimi şərh edir”.
Pənah Hüseyn bildirib ki, dövlət başçısının Avrointeqrasiyadan imtina haqqında fikirləri müdafiə doktrinasına və Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına ziddir.
“Hesab edirəm ki, Bakının “tarazlaşdırılmış” xarici siyasəti uğursuzluğa düçar olur, rəsmi təbliğat isə çarəsiz vəziyyətdədir. Hələ bu yaxınlarda pafosla Qarabağ probleminin Rusiyanın köməyi ilə tezliklə həll olunacağından danışlırdı, bəzi hakimiyyətyönlü ekspertlər isə Qərbin bu münaqişədə mənfi rolu haqqında danışırdılar. Bu fonda anti-Qərb təbliğatının növbəti mərhələsi başladı, deyə Hüseyn qeyd edib”,-deyə sabiq baş nazir bildirib.
Pənah Hüseyn bildirib ki, prezidentin ölkənin iqtisadi rifahı haqqında bəyanatların reallığı əks etdirmir: “Ölçüsünə görə ikinci bankı bir anda müflis elan edilirsə, əhalinin və kapitalın ölkədən axını isə güclənirsə, rifahdan danışmaq olmaz. Yalnız AFR-ə hər ay 30 nəfər gedir. Müəyyən vəsaiti olan bir çox vətəndaşlar onları Türkiyəyə və digər ölkələrə yatırmağa üstünlük verir. Bu zaman hakimiyyət iqtisadi təhlükələrə qeyri-adekvat reaksiya verir. Pambıqşünaslığı canlandırmaq ideyası buna nümunədir. Belə ki, hakimiyyət yeni bir şey düşünə bilməyib və pambıqçılığın inkişafı bu gün ona gəlib çatıb ki, kənd müəllimləri və həkimləri, habelə şagirdlər tarlalara göndərilir”.
“Ümumiyyətlə, hakimiyyətin iqtisadi siyasəti SSRİ-nin acınacaqlı təcrübəsinin təkrarıdır və bütün bunların nə ilə başa çatdığı yaxşı məlumdur”, deyən Hüseyn əlavə edib ki, “yuxarılar ölkənin islahatlar şansını artıq itirib”.