Oxşar Talelər

111Demokratik rejimlərdən fərqli olaraq avtoritar və totalitar reimlərin sonu eynidir. Burada yalnız zaman və məkanı fərqləndirsək gedən prosesin və sonucun mahiyyət etibaı ilə oxşar və bəlkə də, tamamilə eyni olmasının şahidi olarıq. Xüsusi ilə avtoriar rejimlərdə bir nəfərin diktəsi ilə idarə olunan rejim özünü “xalqın xilaskarı”, “ümummilli lider”, “dünyada ən ağıllı siyasətçi”, “humanist şəxsiyyət” və s. obrazla təqdim edir. Eyni zamanda demokratik prinsiplərdən sayılan plüralizm, seçki, aşkarlıq və s. haqqında yalnız eşitmək mümkün olur, onu görmək isə qeyri-mümkündür. Diktator birmənalı olaraq ətrafına çəkdiyi idarəetmə aparatı və güc vasitəsilə toplumu daim nəzarətdə saxlayır.

Tarixi nəzərdən keçirdikdə görürük ki, bu taleyin acı sonluğu kimsəyə ibrət olmur. Bütün diktatorlar hakimiyyətdə olduqları sürəcdə yıxılan diktatorları zəif və gücsuz bilir. Onlar diktatorların nümunələrini təhlil edib xalqa qarşı addım atmaq əvəzinə, əksinə rejimi sərtləşdirirlər.  Yaxın keçmişə nəzər saldıqda  bəzən maraqlı və təzadlı suallar çıxır:  Qərb və Rusiyanın maraqlarını təmin edən, balanslaşdırılmış siyasəti ilə əbədi  taxta sahib olub, bunu nəsildən-nəsilə ötürəcəyinə əmin olan, milyardlarla kapitala sahib Hüsni Mubarək, Qəddafi, Səddam Hüseyn və digərləri indiki diktatorların hansından zəifdir? Halbuki, pulu və mövqeləri, xalqı arasında nüfuzları  indikilərlə müqayisədə daha çox idi. Rejimlərə daim dəstək verən və bunun əbədi olacağına inanan diktatorlar bütün mənalarda məyus olurlar. Hakimiyyət və illərlə əldə edilmiş Avropa banklarında toplanan pullar bir anda yox olur.

20-30 il rejimi dəyişmədən saxlamağa yardım edən  Qərb  əslində bu “ağıl sahiblərini” “təhlükəsizlik” adı altında aldatmaqla, bütün kapitalı Avropaya köçürməklə ikiqat təbii sərvətləri mənimsəyir.

Son 60 ildə Sovet İmperiyası, sonra da, onun sələfi olan Rusiyanın itirdiklərinə baxaq.  Şərqi Avropa və Baltikyanı ölkələri, Gürcüstan, Moldova, Ərəbölkələri, indi də Ukrayna… Qərb və Rusiya arasında gedən siyasi müharibədə tərəflər arası balanslaşdırma uzunmüddətli olmur. Heçkimə sir deyil ki, 1945-ci ilin SSRİ-si ilə güclə onun xələfi olan Rusiyanın təsir imkanlarını müqayisə etmək mümkünsüzdür. Qərb siyasi texnoloqlarının dili ilə desək, hazırda Rusiya iləsiyasi müttəfiq olmaq böyük düşmənlərin qazanılmasına yolaçar. Bugün gərgin geosiyasi vəziyyətdə Azərbaycanın  gözlədiyi nəticələr uzaqda deyil. İŞİD-in yaranması və Rusiya-Ukranya münaqişələri Azərbaycanda başverən siyasi həbsləri və repressiyaları müvəqqəti olaraq arxaplana çəkib. Hakimiyyət ilk olaraq bu repressiyaların Qərblə razılaşdırılmış bir layihə olduğuna inandırmağa çalışsa da, digər tərəfdən qərbyönlü ictimai-siyasi fəalları həbsetməklə bu “təbliğatı” ifşa etdi.  Hakimiyyət cəmiyyəti inandırmağa çalışır ki, o, güclü və təhlükəsizdir. Lakin, Mingəçevir hadisəsi, nazirliklərin rəsmi şəxslərinin sonda İranın və digər ölkələrin agenti çıxması, səfirlik  və konsulluq işçilərinin qərbdən siyasi sığınacaq istəməsi, Qərbin Azərbaycanda mühüm olan siyasi proseduru-seçkini izləməkdən imtina etməsi hakimiyyətin monolit və sadiq qüvvələrdən ibarət olmasını şübhə altına qoyur. Artıq Rusiyanın iqtisadiyyatı çökməkdədir. ABŞ dolları 2,5 dəfə artıb.

Dünyada fövqəl dövləti olan Rusiya Qərbin 3 aylıq sanksiyalarına dözə bilmirsə, etnik və dini qrupların güclü olduğu, geosiyasi məkanda yerləşən, rüşvətlə hər şeyi həll etməyin mümkün olduğu ölkədə hakimiyyətin Qərbə sinə gərməsi nə qədər çəkər? Bu gün müxalifətin mitinqlərinin kütləvi olmaması kənardan ciddi təpkiyə məruz qalmayan hakimiyyətin geniş inzibati resursları ilə bağlıdır.  Qərbin təzyiqləri və sanksiyaları sürətləndikcə, rejim boşalacaq, insanların düşüncəsində dəyişmək marağı artacaq. Bu gün Qərbin, xüsusən də, Avropanın Azərbaycandan enerji asılılığını təbliğ edən hakimiyyət bildi ki, hər zaman alternativ variant var. Rusiyaya qarşı sanksiyalar Avropaya enerji təlabatında heç bir problem yaşatmadı. Böyük təbii ehtiyatlara malik olan  Rusiyanın, iqtisadiyyatı sürətlə inkişaf edən Çinin Qərbin siyasətindən asılı davranması Azərbaycan üçün ən yaxşı nümunədir.  Azərbaycanla bağlı nələr baş verir? Öncə Qərbin ictimai rəy formalaşdıran institutları və bu sahədə çalışan ekspertlər fikirlərini bildirir, sonra bu rəsmi mövqeyə çevrilir. Bu gün hakmiyyətdə olan, gələcəkdə hakimiyyətini və yığdığı kapitalını itirəcək məmurların hələ az da olsa nəyisə saxlamaq imkanları var.  Sonraki peşmançılıq və təəssüf  hissi ancaq faydasız olacaq… Atalardan oğullara keçən hakimiyyətlərin çoxunun taleyi bəlli və ortada,  Avopranın ortasında hakimiyyətin əbədiləşdirmək məqsədilə Azərbaycan Konstitusiyanı dəyişən İlham Əliyevin sonda taleyi fərqli ol bilməz.

Çünki hər rejimin öz zamanı və müddəti var.

  Xebername.info.  17.08.2015.                                                                      Mətləb BALAKİŞİYEV