Ötən il Almaniya qaçqınlara 27 milyard avro xərcləyib

6918b03e-457c-49ae-8a50-14ac32baa8e6_292Ötən il Almaniyada qaçqınların yerləşdirilməsi və inteqrasiyası üçün dövlət büdcədən təxminən 27 milyard avro xərclənib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniya Maliyyə Nazirliyinin yanvarın 27-də yayılan hesabatında bildirilib.

Məlumata görə, bu sahəyə 2017-ci il üçün 21,3 milyard avro ayrılıb.
Xəbərə görə, 2016-cı ildə Almaniyaya 305 min qaçqın sığınıb. Bu rəqəm 2015-ci ildəkindən 3 dəfə azdır.
Almaniya Federal Statistika qurmunun yaydığı məlumata əsasən, miqrantların hesabına 2016-cı ildə ölkə əhalisinin sayı 82,8 milyon nəfərə çatıb.