Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “körpü banklar”ın yaradılması məsələsi müzakirə ediləcək.
Bu barədə deputat Vahid Əhmədov məlumat verib.
O bildirib ki, sabah komitə iclasında bu məsələ ilə bağlı qərar verilə bilər: “”Bank haqqında” qanuna müvafiq dəyişikliklər ediblər. Bu qərar müəyyən problemləri, bağlanmaq ehtimalı olan, kapital ehtiyatı olmayan və digər problemləri olan banklar üçün nəzərdə tutulub. O bankların sağlamlaşdırılması üçün aparılan əməliyyatlar nəticə vermirsə, o zaman banklarda xüsusi inzibatçı kadrlar təyin edirlər. Yəni əvvəlki kadrları kənarlaşdırırlar. Ondan sonra həmin banklarda bu işlər aparılır. Bankların sağlamlaşdırılması əməliyyatları həyata keçirilməyə başlanılır. Onlar üçün də “körpü banklar” yaradılır”.

Ümumiyyətlə, bu, beynəlxaq təcrübədə, Avropada da tətbiq olunur. Bizimkilər də bunu götürüb tətbiq edirlər”.
Qeyd edək ki, Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.
İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə “Bank haqqında” qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində “körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb.