Milli Şura üzvləri Müəllimlər Günü ilə bağlı siyasi çıxışlarla yadda qalıb; Müxalifət düşərgəsi təhsil işçilərini tənqid edir, qınayır, seçkilərə görə ittiham edir…
Əli Kərimli: “Müəllimlərə acıqlı olmaq lazım deyil. Onlara az maaş verməklə, çörəklə imtahan edir, verdikləri dərsdən əlavə də işləməyə məcbur edir. Onları hər dəfə seçki saxtakarlığına cəlb etməklə peşələrini hörmətdən salırlar.
Seçki saxtakarlığını guya başqa büdcə təşkilatına tapşırsalar, imtina edəcək? Seçki saxtakarlığı və onunla mübarizə böyük dərddir. Onunla gərək bütövlükdə millət olaraq mübarizə aparaq. Hələlik isə müəllimlərimizi təbrik edək”.
Gültəkin Hacıbəyli: “21 yaşımdan universitet auditoriyasında dərs demişəm, minlərlə tələbəm var. Ancaq onlardan heç biri, heç vaxt kimdənsə hansısa təmənnam olduğunu deyə bilməz!
Bəzən gur-gur guruldayan, haqdan, ədalətdən danışan bəzi yapçı komitə sədrlərinə, deputatlara baxanda “Siz deyildiniz 300-500 dollardan yığıb imtahan yazan, nə üzlə adam arasına çıxıb millətə ağıl öyrədirsiniz?” deməyim gəlir. Ancaq, “Lənət sənə, kor şeytan” deyib keçirəm”.