“Ona-buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur”

İlham Əliyevin fikirlərinə münasibətini Zöhrab İsmayıl da öz “Facebok” səhifəsində paylaşıb:

İqtisadçı düşünür ki, məlum açıqlama prezidentin narahatlığından irəli gəlir: “Çünki bu gün hökumətin məlumatları xalq tərəfindən ikrah hissilə qarşılanır. Məsələ ondadır ki, hökumətin proqnozları və vədləri özünü doğrultmur, bu isə müstəqil iqtisadçıların cəmiyyətdəki mövqeyini möhkəmləndirir. Məncə, bundan narahat olanlar var, onlar da bunu prezident səviyyəsində bu cür ifadə etməyə çalışırlar. Amma bizim də məqsədimiz Azərbaycanın iqtisadi böhrandan çıxmasıdır. başqa məramımız yoxdur”.

Ona-buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur

 Zöhrab İsmayıl  öz “Facebok” səhifəsində münasibət bildirib:

“Prezidentin təyin etdiyi nazirlərin və müşavirlərin 2 eşşəyin arpasını necə böldükləri ortada:

1. Manat 2 dəfədən çox qiymətdən düşüb;%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-19
2. Olan-qalan qeyri-neft sahələri keçən il 5.6% azalıb.
3. Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan 4 milyarda enib.
4. 10 ilə 120 milyard gəlir əldə etmiş ölkədə dollar tapılmır.
5. Hökumət TANAP-ı maliyyələşdirmək üçün tələb olunan 5 milyard dolları toplamaq üçün Çindən tutmuş Ərəbistanadək qapı-qapı kredit dilənir.
6. Başqalarına qaz satan ölkənin kəndlərinin yarısında qaz yoxdur.
7. Ona-buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur.

8. Bir gün yağış yağanda paytaxtın küçələrini sel basır.
9. Xəstələrimiz şəfanı İranda, Türkiyədə, Gürcüstanda axtarır.
10. Nazir günə 300 min xərcləyir”.