Ölkənin bəzi KİV-ləri böhran dövrünü yaşayır
Bəzi elektron və çap mediasının aylıq gəlirləri azalıb. Buna səbəb onları himayə edən iri ranqlı məmurların verdiyi pulu kəsməsi olub.
Bu da həmin redaksiyalarda ixtisarlarla müşahidə oluna bilər. Yanvardan isə maliyyənin daha çox azalacağı gözlənilir.
İqtidardakı ayrı-ayrı dairələrin maliyyələşdirdiyi xəbər agentlikləri, media holdinqləri, informasiya portalları, o cümlədən qəzet redaksiyalarının maddi durumu 2016-cı ilin son aylarında ağırlaşıb.
Bəzi redaksiyalarda gizli şəkildə ixtisarlar aparılıb, ştatlar azaldılıb, bəzilərinin aylıq gəlirləri kəsilib, bir sıra rubrikalar, layihələr bağlanıb.
Bu prosesin getdikcə dərinləşəcəyi, bəzi saytların, KİV-lərin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Hakimiyyət artıq fəaliyyəti onu qane etməyən, israfçılıq yaradan bəzi KİV-lərlə vidalaşmağa hazırlaşır.
Bu məsələdən həmin KİV-lərin rəhbərləri də agahdır. Onlar maksimum dərəcədə vəziyyətdən çıxmağa, ən azı qənaət etməyə çalışır.