2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox xarici kreditlər alınacaq
Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək.
Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır.
Büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək: Neft Şirkəti 612.2 mln. manat, Azəravtoyol 290.4 mln. manat, Dəmir Yolu İdarəsi 130 mln. manat, Nəqliyyat Nazirliyi 100 mln. manat, Azərsu 95 mln. manat büdcə investisiyası alıacaq.
Büdcənin ən böyük sərmayələr istiqamətlərindən biri pambıqçılıq olacaq – təxminən 300 mln. manat. Həmin vəsaitin 200 mln. manatı bilavasitə pambıqçılıqla bağlı texnikanın alınmasına, yerdə qalan hissə əkin infrasruktunun qurulmasına sərf ediləcək.
Yəni Neft Fondu noyabrda 590 milyon itirib. Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.