Oğurluq bunların idarəçilik üsuludur

Milli Şuranın sədri Cəmil Həsənli fb səhifəsinin oğurlamasını hakimiyyətin ənənəvi siyasətinin bir hissəsi kimi dəyərləndirib:

“Dostlar! Bu gün profilimi oğurlayıb səhifəmə dağıdıblar. Oğrular bütün video və yazılı materiallrı siliblər. Səhifədən 76 min adamı bloklayıblar. Bir az əvvəl profili bərpa edə bildik. Amma hələ ki materialları bərpa etmək və dostları blokdan çıxarmaq mümkün olmayıb. Ölkənin və dövlətin təhlükəsizliyini təmin etməli olan orqanlar Əli Kərimlinin, mənim, digər tənqidi fikirlər söyləyənlərin səhifələrin dağıtmaqla məşğuldurlar. Oğurluq bunların təbiətidir, əxlaqıdır, həyat tərzidir, idarəçilik formasıdır. Ölkənin sərvətlərin oğurladılar, neft pullarını oğurladılar, seçicinin səsini oğurladılar, büdcə vəsaitlərini oğurladılar, Müdafiə üçün ayrılmış vəsaitləri London ofşorlarına oğurluq yolla daşıdılar, Müdafiə sənayesi, keçmiş MTN kəşfiyyat orqanları üçün ayrılmış vəsaitlər oğurlanıb gizli hesablara keçirildi usanmadılar, utanmadılar. İndi də profil oğurluğuna keçiblər. Bu da cinayətkarlığın yeni forması – kibercinayətkarlıqdır. Ayrı bir yol bilmirlər, yolun düzünü qoyub əyrisi ilə getməyə adətkərdə olublar. Ölkənin inkişaf strategiyasını müəyyən etmək üçün deyil, müxalifət liderlərinin, tənqidçi dairələrin səhifələrini, profillərini oğurlamaq üçün “beynəlmilər” mütəxəssis qurupları, kibercinayətkar dəstlər yaradırlar. Bunlar özləri bu qabiliyyətin sahibi deyil. Dəvət olunmuş xüsusi qrupların əli ilə bu cinayətləri törədirlər. Amma nahaq zəhmət çəkirlər, demokrasidə çarə tükənməz. Biz də bu rejimin oğuru əməllərini ifşa etmək üçün yeni üsullar, yeni yollar tapacağıq”.