Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkənin jurnalistləri Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyalarına Prezident Vladimir Putinin cavabının tarixi analoqunu tapıblar.
Bu, İvan Qroznının İsveç kralı 3-cü Yohana cavab məktubudur. Oxucularımız üçün maraqlı olacağı ümidilə, məktubun mətnini dərc edirik.
«Sən nə üçün bizə hürməklə müraciət edirsən və hürməklə də bizim məktubumuza cavab vermək istəyirsən? Bizə, böyük hökmdarlara, sənə it hürüşündən başqa nə isə yazmağın mənası yoxdur, amma böyük hökmdarlara hürüş yazmaq layiq deyil. Biz ki, sənə hürüş yazmamışdıq, həqiqəti yazmışdıq, hərdən də elə geniş yazmışdıq və düşünmüşdük ki, sənə izah etməsək, səndən heç cavab almaq da olmaz. Əgər sən, it ağzını açıb, əyləncə xatirinə hürmək istəsən – bu sənin kölə adətindir, bu, sənə «şərəf»dir, bizə – böyük hökmdarlara isə sənə baş qoşmaq şərəfsizlikdir. Sənə hürüş yazmaq – bundan da pisdir, səninlə birliklə hürüşmək? – bu dünyada bundan da pisi olarmı? Əgər hürüşmək istəsən, özün kimi bir köləni tap və onunla hürüş. Bundan sonra, sən nə qədər hürüş yazsan, biz sənə heç bir cavab verməyəcəyik».
İsveç hökmdarına belə sərt məktubun yazılmasına səbəb uzun illərin gərgin münasibətləri olub. Səltənət qardaşının əlində olan dövrdə 3-cü Yohan uzun illər məhbəsdə olub. Rusiya ilə sülh müqaviləsi bağlamaq məqsədilə, qardaşı onun arvadını İvan Qroznı ilə evləndirməyi vəd edib. Ancaq müqavilənin bağlanması İsveçdə baş verən dövlət çevrilişi səbəbilə, baş tatmayıb. Taxt-taca 3-cü Yohan sahib olub. Bundan sonra o, İsveçdəki Rusiya səfirlərini zindana saldırıb.