Obama: “prezidentlər müddəti bitəndə getməlidir”

MTE4MDAzNDEwNzg5ODI4MTEwABŞ prezidenti Barak Obama, Afrika Birliyi Ümumi Mərkəzində etdiyi çıxışda Afrikalı liderlərə xəbərdar edərək, “Vəzifə müddətləri bitən liderlər getməyi rədd edərlərsə Afrika irəliləyə bilməz” dedi.

Obama, beş günlük Şərqi Afrika turunun son günündə Efiopiyanın paytaxtı Əddis-Ababada olan Afrika Birliyi Ümumi Mərkəzində üzv olan 54 ölkənin diplomatlarına müraciət etdi.

Afrikalı liderlərə, vəzifə müddətləri bitdikdə getmələri və ölkələrinin konstitusiyalarına hörmətli olmaları lazım olduğunu söyləyən Obama, Burundiyi nümunə verərək prezidenti Pierre Nkurunzizanın konstitusiyanı gözardı etməsinin ölkədə zorakılığa yol açdığını bildirib.

“Heç kim həyatı boyunca prezident ola bilməz. İnsanlar niyə uzun müddət vəzifədə qalmaq istər, başa düşmürəm, xüsusilə də çox pulları varsa” deyən Obama, jurnalistlərin və fəalların həbsə alınması halında demokratiyanın özdə deyil sözdə olacağını söylədi və “demokratiyanın yalnız seçkilərdən ibarət olmadığını” dilə gətirdi.

Rüşvətlə mübarizə

Efiopiyanın əhəmiyyətli bir addım atdığını və şiddət olmadan seçkilərə getdiyini xatırladan Obama, “Efiopiya müxalifətə və jurnalistlərə daha geniş bir sahə verməlidir” şəklində danışdı.

Obama, demokratiyanın Qana, Nigeriya, Cənubi Afrika və Namibiya kimi Afrika ölkələrdə kök saldığını, Afrika qitəsində çox sayda adamın isə demokratiyadan məhrum olduğunu söylədi.

Afrikadakı rüşvətə də toxunan ABŞ prezidenti Barak Obama, korrupsiyaya görə Afrikanın milyardlarla dollarının yox olduğunu ifadə etdi. Obama, “Bu pullar məktəb və xəstəxana istehsalında istifadə edilə bilər. Bu sui-istifadə son tapmalı. Sui-istifadə səbəbiylə pullar investisiyalardan uzaqlaşır” ifadə etdi.

Əddis-Ababada Obamanın səfəri səbəbi ilə çox sıx təhlükəsizlik tədbirləri alındı. Afrika Birliyi binasının ətrafındakı bir çox iş yeri Obamanın gəlişi əvvəlində təhlükəsizlik səbəbiylə bağlanıldı.

Obama, Afrika Birliyində etdiyi çıxışdan sonra Efiopiyadan ayrıldı.

Afrika Birliyi Komissiya sədri Nkosazana Dlamini Zuma, Obamanın ziyarətinin Afrika və ABŞ əlaqələrini gücləndirdiyini bildirərək, Afrika Birliyinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilməsi üçün beynəlxalq cəmiyyətə dəstək çağırışını etdi. Zuma, BMT Təhlükəsizlik Şurasında Afrikanın daimi üzv olmamasının ədalətsizlik olduğu və düzəldilməsi lazım olduğunu bildirdi.

Mətləb BALAKİŞİYEV