O ölü insan qoxusundan ətir hazırladı

Alman xəbər kanalı N-tv nin “jezebel.com” saytına istinadən verdiyi xəbərə görə, Katia Apalategui adlı Fransız, yaxınlarının ölümü ilə çətin barışan və onların ətri üçün darıxan adamları nəzərə alaraq, ölən adamın qoxusunu ətir olaraq istehsal etməyə başlayıb.parfyum1

Xəbərə görə, 52 yaşlı Apalategui, atasının ölümündən sonra ondan qalan foto və video kimi materialların atasına olan həsrətini azaltmadığına görə, atasının qoxusunu yenidən duya bilmə fikrindən yola çıxıb. Bu məqsədlə illərlə sərgiləri gəzən, araşdırmalar aparan və ətriyyatçılarla görüşən Katia Apalategui, “Kalain” adlı firma yaradaraq, ölü qoxusundan ətir istehsal etməyə başlayıb.

Ətir üçün ölən adamın paltarlarındakı molekullar müxtəlif kimyəvi proseslərdən keçirilərək təmizlənir, nəhayət spirt içərisində artırılaraq ətir halına gətirilir. Adama xüsusi qoxuların ətir halına gətirilməsi fikrini irəli sürən Apalateguinin işləyən analar üçün körpələrinin qoxusunu və ya heyvan sevərlər üçün çox sevdikləri heyvanların qoxusunu da ətir olaraq istehsal etməyə hazırlaşdığı bildirilir.

Elnur ORUCLU