Taylandda yaşayan 47 yaşlı Phumipat Loedthanawan adlı adam həyat yoldaşı, iki qızı və bütün ətrafı tərəfindən 25 ildir yüksək səviyyəli polis kimi tanınırdı. Əslində bəzək əşyaları kimi şeylər satan Loedthanawan bunu bir sirr kimi saxlayırdı.
Facebook səhifəsində paylaşdığı polis uniforması və general ordeni geydiyi rəsminə Tailand Kral Polis Akademiyasından bir çox yüksək səviyyəli səlahiyyətli ilə sinif yoldaşı olduğunu yazması həqiqəti ortaya çıxardı. Loedthanawan insanları polis olduğuna inandırmaq üçün rəsmi mərasimlərə saxta polis paltarında qatılıb xatirə şəkilləri çəkdirirdi.
Sosial mediadan effektiv istifadə edən Tailand polisi şəxsin evinə etdiyi basqında bir çox qanunsuz silah və başqaları adına qeydiyyatda silahlar, yüzlərlə mərmi, güllə keçirməyən jilet və bir də polis uniforması ələ keçirdi. Sorğusunda “polis mundirinə aşiqəm və uşaqlığımdan polis paltarı geyinmək istəmişəm” deyən saxta polisin xanımı və qızları da onu həqiqətən yüksək səviyyəli bir polis zənn etdiklərini deyib.
Polis faktla bağlı araşdırma aparır.
Elnur ORUCLU