Nyu-Yorkun Bruklin rayonunda metro qatarının qismən relsdən çıxması hadisəsi baş verib, həmin anda qatarda təxminən 150 sərnişin olub.
Xebername.info, Oxu.Az-a istinadən xəbər verir ki, şəhər hakimiyyəti təxliyyənin zamanında aparıldığını və qurbanın olmadığını bildirib. Hadisəyə səbəb qatarın iki ön təkərinin relsdən çıxması olub, tərkibin qalan hissəsi dayanıqlığını saxlayıb, bu isə faciədən qaçınmağa imkan verib.
Baş verən hadisəyə görə, şəhərin cənubi-şərqi hissəsində metro xəttində hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Təfərrüatlar aydınlaşdırılır.
Elnur ORUCLU