İran ilə 5 + 1 ölkələri arasında davam edən nüvə müzakirələrdə son razılaşma tarixi ikinci dəfə təxirə salındı.
AB Xarici Əlaqələr Nümayəndəsi Federica Mogherini, İran ilə BMT Təhlükəsizlik Şurasının (BMGK) daimi üzvləri və Almaniyadan ibarət olan 5 + 1 ölkələri arasında davam edən nüvə müzakirələrində son razılaşma üçün tarixin ikinci dəfə təxirə salındığını söylədi.
Mogherini, “Həlli lazım olan son bir neçə çətin mövzu qaldı” dedi və müzakirələrin bir neçə gün daha davam edəcəyini bildirdi. Nazirlərdən bir qisminin müzakirələrdən ayrıla biləcəyini ifadə edən Mogherini, “Ancaq dönməyə hazır olacaqlar” dedi.
Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrov, müzakirələrdə səkkiz mövzuda razılaşma təmin edilmədiyini açıqladı.
Mətləb BALAKİŞİYEV